Azərbaycanda 2 yaşlı uşaq maşında yanmaqdan son anda xilas edildi

Lənkəranda minik avtomobilinin yanması nəticəsində 2 yaşlı uşaq yanıq xəsarətləri alıb. APA-nın məlumatına görə, hadisə iyunun 3-də saat 19.40 radələrində şəhərin “Çay qırağı” deyilən ərazisində yerləşən avtoservisdə qeydə alınıb.
Lənkəran şəhər sakini, 1974-cü il təvəllüdlü Elşən Hüseynağa oğlu Hüseynova məxsus “VAZ-2104” markalı minik avtomobili qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazrliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Avtomobildəki yanğın söndürülüb və onun yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı “VAZ-2104” markal avtomobil tamamilə yanaraq yararsız hala düşüb, həmçinin maşının salonunda əyləşmiş sürücünün 2 yaşlı oğlu Məmmədəli Hüseynli II və III dərəcəli yanıqla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada uşağa ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Bakıya Respublika Yanıq Mərkəzinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












