Azərbaycanda 200 min manat pulu qəbiristanlıqda basdırıblar

Bu ilin aprelinin 11-də "Karmen" MMC un məmulatları şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pul oğurlanıb. Axar.az-ın məlumatına görə, polis 450 min manat məbləğində olan bu böyük oğurluq faktının üstünü açıb. Abşeron RPŞ-dən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində mayın 23-də Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü İmaməliyev Ramiz Salman oğlu tutulub. Məlum olub ki, Səməd Vurğun küçəsi 41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü oxşar əməlidir.
Faktın üstünün açılması nəticəsində daha bir maraqlı fakt da ortaya çıxıb. Belə ki, saxlanılan şəxs şirkətdən 450 min manat deyil, 1 milyon manat apardığını etiraf edib. Qısa müddət ərzində oğurladığı vəsaitin 600 min manatını əyləncə və qızlara xərclədiyini deyən R.İmaməliyev qalan 400 min manatın yerini də göstərib. Əməliyyatçılar pulun 200 min manatının qəbristanlıqda basdırıldığını öyrənib və R.İmaməliyevin nişan verdiyi yeri qazaraq gizlədilən pulu çıxarıblar. Hazırda məbləğin digər hissəsi və xərclənən pullarla bağlı araşdırmalar davam edir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












