Azərbaycanda 3 000-ə yaxın məhkum elektron qolbaq daşıyır

Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü olaraq yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, davamlı xarakter daşıyan vaxtından əvvəl cəzadan şərti azad etmə institutun tətbiqi intensivləşib.
Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sentyabrın 25-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Elena Aymone Sessera və yeni rəhbəri xanım Arian Bauer ilə görüşdə məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə cinayət işlərində videokonfransın keçirilməsi bu institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.
Cari ilin ötən dövründə 2 000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80%-ə yaxını karantin rejimi dövrünə təsadüf edir. Pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Eyni zamanda son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.
Ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2 000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3 000-ə yaxın məhkumun elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










