Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib. Avtosfer.az bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri aşağıdakı kimi müəyyən olunub:
“Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
“Bakı-Zaqatala” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;
“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
“Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
“Sabirabad-Gəncə” marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami oğlu;
“Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və Məmmədov Mahir Xaliq oğlu;
“Xankəndi-Bərdə” marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab oğlu;
“Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu qalib elan olunublar.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











