Azərbaycanda aksiz dərəcələri artırılıb

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.
Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən:
istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;
qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;
tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1 000 ədədinə 31 manatdan 43 manata;
tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz dərəcəsi 1 000 ədədinə 39 manatdan 43 manata;
elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata qədər artırılıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












