Azərbaycanda “arvad” sözü qadağan edilə bilər – Vacib açıqlama

Xəbər verdiyimiz kimi, deputat Bəhruz Məhərrəmov “arvad” sözünün qanunla dəyişdirilməsini təklif edib.
Sitat: “Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar”.
Doğrudanmı bu söz dəyişdirilməlidir?
Globalinfo.az-a danışan filologiya elmləri doktoru, professor Möhsün Nağıoğlu deyib ki, Azərbaycanda daha çox “qadın” və “xanım” sözləri qəbul olunur:
“Lakin “arvad” sözündən də istifadə edirik. Klassik ədəbiyyatımızda da o sözə çox rast gəlmək olur. Amma müraciət zamanı “qadın” daha məqsədəuyğundur. Məsələn, Hüseyn Cavidin məşhur sözü var: Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Şəxsən mən “qadın” sözünə üstünlük verirəm. Qadın sözünün də kökü “xatun”dur. Əvvəl “xatun” olub, sonra “qadın”. Bu isə əsl türk sözüdür”.

Möhsün Nağıoğlu
Möhsün Nağıoğlu ər-arvad məsələsinə də toxunub:
“Məsələn, nikah zamanı deyirlər ki, sizi ər və arvad elan edirik. “Ər” sözünün müqabilində “arvad” sözü istifadə olunur. Fikrimcə, “arvad” sözündə heç bir qəbahət yoxdur. Sadəcə, “xanım”, “xatun” və “qadın” sözləri daha yüksək və hörmətli ifadələr sayılır”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












