Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,4% və 38,7% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 31,7 mln. ton yük daşınıb.
"Yüklərin 2,9%-i dəniz, 8,0 faizi dəmir yolu, 0,3%-i hava, 55,3%-i avtomobil nəqliyyatı, 33,5%-i isə boru kəməri ilə daşınıb", - məlumatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5% təşkil edib.
Məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 225,1 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 86,6%-i avtomobil nəqliyyatı, 13%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











