Azərbaycanda avtomobillərin könüllü sığortası yanvarda kəskin azalıb

2021-ci ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 7,107 mln manat sığorta haqqı yığılıb.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 4,708 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ili yanvar ayı ilə müqayisədə sığorta yığımları 2,6% artıb, ödənişlər isə 22,3% azalıb.
Hesabat əsasən, yanvarda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 2,705 mln. manat sığorta haqqı yığılıb, 727 min manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,6 dəfə və 27% azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 104 010,8 min manat həcmində sığorta haqqı yığılıb, 56 840,7 min manat həcmində isə ödəniş həyata keçirilib. Sığorta yığımları illik müqayisədə 7,2% azalıb, ödənişlər isə 2,1 dəfə artıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












