Azərbaycanda bələdiyyə sədri ağır qəzanın qurbanı oldu

Tovuzda ötən gecə baş verən qəzada bələdiyyə sədri dünyasını dəyişib. Bakı-Qazax avtomagistralının 440-cı kilometriliyində, Aşağı Quşçu kəndi ərazisində baş verən avtoqəzada Əlibəyli kənd sakini İlqar Gülmməmədovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə Əlimərdanlı kənd sakini Abbas İbrahimovun sürücüsü olduğu "Mitsubushi" markalı avtomobil toqquşub. Nəticədə "Mitsubushi"nin sürücüsü, Əlimərdanlı kənd bələdiyyəsinin sədri, 54 yaşlı Abbas İbrahimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyitini yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












