Reklam

Azərbaycanda bu il nə qədər yol çəkilib? - FOTO

Gündəm 15 İyul 2015 14:51 Oxunub 1506
Azərbaycanda bu il nə qədər yol çəkilib?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azəryolservis” tərəfindən son 6 ayda 114,4 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bu ilin 6 ayı ərzində görülmüş işlər haqqında məlumat yayıb.

“Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yanvar-iyun ayları ərzində ASC tərəfindən 114,4 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. Onlardan 44,6 kilometri respublika əhəmiyyətli, 69,8 kilometr yol isə yerli əhəmiyyətlidir.

Göstərilən müddət ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12 ədəddir. Körpülərdən 10-u yeni tikilib, 2-i isə təmir olunub. Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrə çatır. 

Bu ilin müvafiq dövrü ərzində Bakı şəhəri üzrə tikilmiş körpü və tunellərin sayı 4-dür. Onlardan 2-i körpü, 2-i isə tuneldir. 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində 6 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib.


Bakıda salınan yeni yol

Bakıda yol

Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədi ilə, son 6 ay ərzində 5 ədəd müxtəlif avtonəqliyyat vasitəsi və yol texnikası alınaraq Yol İstismarı İdarələrinin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49 min 523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.

Yeni tikilən yolun kənarında yaşıllıq salınıb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh