Azərbaycanda bu xidmət 3 il PULSUZ OLACAQ

Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində "chek up" müayinələr nəzərdə tutulmayıb: "Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. Ailə həkimi eyni zamanda ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər".
Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək. (Trend)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












