Azərbaycanda ciddi piyada infrastrukturu problemi var: HƏLL YOLLARI

Bəzən sürücülər piyada keçidinə belə məhəl qoymurlar. Elə piyada keçidində azmı olub piyadaların vurulması? Məhz buna görə də bəzi ölkələr, o cümlədən Cənubi Koreya, piyadaların təhlükəsizliyini artırmaq üçün yerə quraşdırılmış svetofor sistemlərini tətbiq etməyə başlayıb.
Bəs bu sistem nə vaxtsa Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə Bakıda və Azərbaycanın digər şəhərlərində ciddi piyada infrastrukturu problemi var:
"Tıxac problemi və küçələri sakitləşdirən infrastruktur elementlərində ciddi çatışmazlıq var. Ən qısa küçəmiz 300 metr, ən uzun prospektimiz isə 10 kilometrdir. Dayanıqlı, davamlı, kəsintisiz olan səkilərimiz demək olar ki, yox dərəcəsindədir".
Onun sözlərinə görə, Cənubi Koreyada quraşdırılan bu sistemlər piyadaların diqqətini daha asan cəlb etmək və qəzalardan qorumaq məqsədi daşıyır. Təəssüf ki, hazırda bizdə belə müasir texnoloji həllərin tətbiqi üçün yetərincə şərait formalaşmayıb. Üstəlik, mövcud səkilərin standartlara uyğun salınmaması bu cür innovativ layihələrin reallaşdırılmasını daha da çətinləşdirir.
Ekspertə görə, səkilərimizdə elə problemlər var ki, onları 24 saat ərzində həll etmək olar:
"Köşklər, reklam dirəkləri, işıq dirəkləri və digər obyektlər səkinin düz ortasında yerləşdirilibsə, bunların aradan qaldırılması uzun zaman tələb etmir".
Rauf Ağamirzəyev: Səkilərimizdə elə problemlər var ki, onları 24 saat ərzində həll etmək olar
O bildirib ki, piyadaların hərəkəti üçün heç bir fiziki maneə olmamalıdır. Müəyyən tikililər var ki, onlar da piyada hərəkətini məhdudlaşdırır:
"Küçənin bir tərəfindən digər tərəfinə keçmək üçün qısa keçidlər olmalıdır. 350-400 metrdən bir svetoforla nizamlanan, eyni səviyyəli keçidlər təşkil edilməlidir. Əgər keçidlər iki və ya daha artıq hərəkət zolağı olan küçədədirsə, təhlükəsizlik adacıqları və kontrast işıqlandırma ilə təchiz olunmalıdır ki, sürücülər qarşıdan gələn piyadanı uzaq məsafədən görə bilsinlər".
Onun sözlərinə görə, dünyanın hər yerində qəza halları baş verir. Lakin qəzanın nəticələrinə təsir edən həll yolları mövcuddur və bu sahədə tədbirlər görülməlidir.
Qeyd edək ki, bu istiqamətdə Azərbaycanda da mühüm addımlar atılmağa başlanıb. Belə ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun olaraq), Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun yeni səkilərin (panduslarla birlikdə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bu qərar, gələcəkdə Bakı şəhərində piyadaların daha təhlükəsiz və rahat hərəkət etməsinə şərait yaradacaq.(baki.vaxti)
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!








