Azərbaycanda dəhşətli qəza; “Mercedes” aşdı: 4 ölü

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun 92-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvai kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində avtomobildə olan 4 nəfər ölüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Artıq Hacıqabulda ağır yol qəzasında ölən 4 nəfərin şəxsiyyəti məlum olub. “Mercedes” markalı 20 CV 781 dövlət nömrə nişanlı avtomobili iarə edən sürücü Göy-Göl sakini 1968-ci il təvəllüdlü Məmmədov Namiq Əbülfəz oğlu, bir ailənin 3 üzvü - Gəncə sakinləri1970-ci il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Kərimova Rima Mamed qızı və qızı 1993-cü il təvəllüdlü Kərimova Əminə Nəsib qızı hadisə yerində ölüblər.
Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabulda 4 nəfərin ölümü ilə nəticələnən yol qızası ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonu, Bakı-Qazax yolunun 40-cı kilometrliyində “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilində şəxsiyyətləri məlum olmayan ikisi qadın, ikisi kişi olmaqla 4 nəfərin cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Sonda ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Nurlan
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












