Azərbaycanda indiyədək 210 şagird koronavirusa yoluxub

"Məktəblərin daxilində koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb".
Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailədaxili yoluxmalar mövcuddur: "Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təəssüf ki, müəllimlər arasında yoluxanlar var.
Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub".
Təhsil naziri deyib ki, 21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi heyət müəyyən olunub: "Tədris zamanı hərarəti yüksək olduğu üçün 78 şagird, 2 nəfər heyət üzvü təcrid edilib. Bu tarixlərdə 210 şagird koronavirusa yoluxub. Şagirdlərdən 23 faizi, yəni 4 nəfərdən biri məktəbə gəlib, 4 nəfər isə ailədə yoluxub və məktəb daxilində olmayıb".
Nazir qeyd edib ki, bu dövrdə 19 sinif və 1 məktəb distant təhsilə keçirilib: "Növbəti həftədən onlarda iki həftəlik karantin müddəti bitdiyi üçün ənənəvi tədrisə qayıdılacaq".
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










