Azərbaycanda insanlar pullarını ən çox nəyə xərcləyir? - Tam siyahı

Bu ilin ilk rübü ərzində ev təsərrüfatlarında (ailələr) adambaşına düşən aylıq istehlak xərci 349 manat 54 qəpik olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, istehlak xərcləri arasında qida məhsullarının alınmasına ay ərzində hər bir ailə fərdi orta hesabla 151 manat 66 qəpik xərcləyib. Qida məhsullarının alınmasına sərf olunan vəsait ümumi xərclərin 43,4%-ni təşkil edib.
Azərbaycanda ailə fərdlərinin digər istehlak xərcləri aşağıdakı kimi olub:
Qida məhsullarına – 151,66 manat (ümumi xərclərin 43,4%-i)
Alkoqollu içkilər – 2,04 manat (0,6%)
Tütün məmulatları – 7,03 manat (2%)
Paltar və ayaqqabı – 20,05 manat (5,7%)
Su, işıq, qaz və digər yanacaq növlərinə – 29,13 manat (8,3%)
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa – 25,51 manat (7,3%)
Səhiyyə xidmətlərinə – 14,87 manat (4,3%)
Nəqliyyat xidmətlərinə – 22,75 manat (6,5%)
Rabitə xidmətlərinə – 12,87 manat (3,7%)
İstirahət və mədəniyyıt idmətlərinə – 13,01 manat (3,7%)
Təhsil xərclərinə – 6 manat (1,7%)
Mehmanxana, kafe və rstoran xidmətlərinə – 25,50 manat (7,3%)
Digər mal və xidmətlərə – 19,12 manat (5,5%)
Məlumat üçün onu da bildirək ki, son bir ildə ailələrdə adambaşına düşən aylıq istehlak xərci 20 manat 4 qəpik artıb. Belə ki, 2023-cü ilin ilk rübündə adambaşına düşən aylıq istehlak xərci 329 manat 50 qəpik olub.
Onu da qeyd edək ki, son bir ildə ailə üzvlərinin təhsil üçün xərclədikəri vəsait 8,3% artdığı halda, tütün məmulatlarının alınmasına sərf etdikləri vəsait 15,2% artıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












