Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə
Gündəm
12 Yanvar 2021 15:21

"Sərt karantinin yumşalması situasiyaya uyğun həyata keçirilməlidir. Bu vaksinasiya və ya digər situasiyalara bağlı deyil. Ümumi kollektiv immunitetin yaranmasına əmin olduqdan sonra karantin qaydaları daha da yumşaldıla bilər". Bu sözləri Baku.ws-ə Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, hazırda yumşalmalar əslində xeyli insanın yoluxmasına bağlıdır. Xeyli sayda şəxs yoluxub, xəstələnib, ona görə xəstə sayı azalıb: "Vaksinasiya başlayandan sonra onun 42-ci günündə immunitet formalaşır. Əgər biz vaksinasiyaya başlayırıqsa, bir ay yarımdan sonra rejimi tamamilə yumşalda bilərik. Artıq immunitetin başlamasını nəzərə alaraq vaksinasiyanın nə qədər insanı əhatə etməsi önəmlidir. Bu səbəbdən məsələlər situasiyaya uyğun həll edilməlidir.
Ayrı-ayrı sahələrə qoyulan qadağalar da bu formada aradan götürülməlidir. Müxtəlif mağazaların, məişət üçün tələb olunan iaşə müəssisələri və s. açılması qüvvədə ola bilər. Hər-halda buna ayın 18-dən sonra baxılacaq.
Hesab edirəm ki, məktəblərin açılması mart və aprel aylarında reallaşa bilər. Böyük Britaniya və Avropa ölkələrində də bu tarixlərdə proqnozlaşdırılır.
Yoluxma sayını stabil saxlamaq üçün addımlar ancaq karantin davranışlarına əməl etmək, vaksinasiya və digər profilaktik vasitələrə düzgün və isti yanaşmaq və anti-təbliğat aparmamaqdan ibarətdir. Bütün bunları elədikcə artıq yavaş-yavaş virusun yoxa çıxmasını görə, yoluxmaların ara-sıra qeydə alınmasını müşahidə edə bilərik".
Oxunub : 1196
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
15 Oktyabr 2026 17:16
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
ŞƏRH YAZ












