Azərbaycanda magistral yol çökdü - FOTO

İki rayonu birləşdirən Cəlilabad -Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi yolda keçilməz uçurumlar yaradıb. Ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol isə təhlükəli vəziyyətə düşüb.
Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun Cəlilabad rayonunun Pərdi kəndindən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb.
Nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş alternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır. Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə ərazidə torpaq sürüşməsinin əhatəsinin bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-dan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilməsinə səbəb ola bilər.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov APA-ya açıqlamasında sürüşmə zonasına mütəxəssislər tərəfindən baxış keçirildiyini, vəziyyətin qaydaya düşməsindən ötrü tezliklə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
















