Azərbaycanda nəqliyyat sektorunda sərnişin daşımaları kəskin azalıb

Azərbaycanda nəqliyyat sektorunda 2021-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1% və 47,7% azalıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 30,3 mln. ton yük daşınmışdır. Yüklərin 3%-i dəniz, 8,5%-i dəmir yolu, 0,3%-i hava, 53,5%-i avtomobil nəqliyyatı, 34,7%-i isə boru kəməri ilə daşınmışdır.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 14% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,5% təşkil edib”, - komitədən bildirilib.
Məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8%-i avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












