«Azərbaycanda polislərin əksəriyyəti ingilis dili öyrənir»

Gündəm 29 Oktyabr 2014 13:41 Oxunub 1382
«Azərbaycanda polislərin əksəriyyəti ingilis dili öyrənir»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN: «Xidməti sahədə çalışan polislər isə dil kurslarına cəlb olunular»

Azərbaycan Avropanın inkişaf etmiş ölkələri sırasına daxildir. Davamlı keçirilən beynəlxalq tədbirlər, konfranslar ölkəmizin inkişafına da müsbət təsir edir. Azərbaycan gələn il  ev sahibliyi edəcək “2105-ci il Avropa Olimpiya Oyunları”na da ciddi hazırlaşır. Təbii ki, belə beynəlxalq tədbirlər keçirilən zaman Azərbaycana dünyanın müxtəlif ölkələrindən nümayəndələr gəlir. Adətən, belə tədbirlər zamanı əcnəbilərlə ünsiyyət ingilis dili vasitəsi ilə qurulur. Bundan əlavə, belə tədbirlər zamanı asayişin qorunmasına, yollarda nəqliyyat vasitələrinin problemsiz hərəkətinə də xüsusi önəm verilir. Bu cür şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının, xüsusilə polislərin üzərinə daha çox iş düşür. Əcnəbilərlə ünsiyyət qurmaq üçün isə qeyd etdiyimiz kimi ən azı ingilis dilini bilmək vacibdir. Qeyd edək ki, bundan sonra Ermənistanda polislərə ingilis və fransız dilləri öyrədiləcək. Bəs, Azərbaycanda vəziyyət necədir, bizim polislər hansısa xarici dili örənirlərmi? “Azərbaycanda polis orqanlarında keçirilən islahatlara “Tərəqqi” islahatı da daxildir. Bu, inkişaf etmiş ölkələrin təsdiq etdiyi islahatdır. Burada ən vacib məsələ dil öyrənməkdir. Azərbaycan polislərinə ciddi şəkildə beynəlxalq dil tədris olunur”. Bunu Modern.az saytına polislərin xarici dilləri öyrənməsi məsələsinə aydınlıq gətirən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Polis Akademiyasında  təhsil alan bütün tələbələrə 1-ci kursdan ingilis dili tədris olunur: “Onlara akademiyanın tərkibində pulsuz kurslar təşkil olunur. Xidməti sahədə çalışan polislər isə dil kurslarına cəlb olunular”. 

Azərbaycan polislərinin bu sahədə də bilik və bacarıqlarının inkişaf etdiyini vurğulayan Ehsan Zahidov əhali ilə daha sıx işləyən polislərə diqqətin xüsusilə artırıldığını bildirib: “İngilis dilində tam danışan polis əməkdaşlarının sayını dəqiq deyə bilmərəm. Amma onların böyük əksəriyyəti ingilis dili kurslarına gedirlər. Kursa gedənlər əsasən ictimaiyyətlə sıx təmasda olan hissədir. Onlar kursları  müvəffəqiyyətlə başa vururlar. Onlar buna həvəslidirlər”.

Onun sözlərinə görə, əvvəlki illərdə də polislərin dil bilmə məsələsinə diqqətlə yanaşılıb: “Bunun nəticəsidir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində polislərin qonaqlarla ünsiyyət qurmasında, qonaqları yönləndirmələrində heç bir problem olmayıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh