Azərbaycanda şəhər və rayonlar üzrə maaş məbləğləri

Azərbaycanda orta aylıq nominal əməkhaqqı rayonlar üzrə dəyişir. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bölgələr üzrə əməkhaqqı fərqləri hiss olunur. 2023-cü ilin açıqlanan rəsmi rəqəmləri göstərir ki, ən yüksək əməkhaqqı Bakı şəhərində qeydə alınıb – burada orta aylıq maaş 1183,8 manat təşkil edib. Paytaxtı 828,9 manatla Sumqayıt şəhəri və 796,5 manatla Şirvan şəhəri izləyir. Ən aşağı göstərici isə Tərtər rayonuna məxsusdur – burada orta aylıq əməkhaqqı cəmi 578,3 manat olub. Regionlar üzrə diqqətçəkən fərqlərdən biri də Şuşa rayonundakı maaş artımıdır. 2023-cü ildə burada orta əməkhaqqı 851,8 manat olub və bu göstərici bir çox iri rayonları geridə qoyur.
İqtisadi rayonlar üzrə 2023-cü ilin orta maaş göstəriciləri:
Bakı – 1183,8 manat
Abşeron-Xızı – 774,7 manat
Qarabağ – 602,3 manat
Şərqi Zəngəzur – 653,0 manat
Şirvan-Salyan – 691,1 manat
Quba-Xaçmaz – 640,2 manat
Lənkəran-Astara – 598,6 manat
Dağlıq Şirvan – 614,2 manat
Mərkəzi Aran – 589,9 manat
Qazax-Tovuz – 642,7 manat
Gəncə-Daşkəsən – 683,0 manat
Şəki-Zaqatala – 577,5 manat
Mil-Muğan – 593,2 manat
Naxçıvan Muxtar Respublikası – 689,0 manat.
Mənbə: BAKU.WS
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











