Azərbaycanda SƏRT KARANTİN olacaq - VACİB AÇIQLAMA

"Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir". Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. O əlavə edib ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəsətlərin sayı göstəriləndən çoxdur: "Müəyyən məlumatalara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yerimiz var. Bəzi xəstəxanalar bir müddət bu statusdan ayrıldı. Çünki onların da öz problemləri var. Misal üçün bəzi klinikalarda tədris gedir.
Aktiv xəstələrin sayının 31 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti reanimasion qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir. Məsələ təkcə xəstə ilə yekunlaşmır. Biz koronavirus müddətində xeyli həkimlərimizi də itirmişik.
Buna görə, vəziyyət pisləşərsə, karantinin sərtləşdirilməsi, müvafiq lokdaunlar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 31 min say xəstəxanaya rəsmi müracət edənlərdir. Bu rəqəmdən 5 dəfə çox insan da heç yerə müraciət etmədən evdə müalicə alırlar. Amblator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Ham bilir ki, xəstəxanaya düşmək çətindir və məcbur şəkildə evdə müalicə alırlar.
Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Küçədə gəzən 10 nəfəri yoxlasaq ikisində virus çıxacaq.
İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır: Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və bütün bunlar kollektiv immunitetə gedən yolu xeyli qısaldır. Vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, ciddi sərtləşdirmələr və lokdaunlara ehtiyac qalmayacaq". (redaktor.az)
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











