Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?

Azərbaycanda sürücüsüz avtobus və qatarların tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməsi bu texnologiyaların gələcəkdə məşğulluğa təsiri ilə bağlı müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a danışan yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, süni intellektin inkişafı təkcə nəqliyyat sektorunda deyil, digər sahələrdə də iş yerlərinə təsir göstərəcək.
Ekspertin sözlərinə görə, sürücüsüz avtomobillərin, avtobusların, metro və dəmir yolu qatarlarının tətbiqi nəticəsində bəzi iş yerlərinin itirilməsi qaçılmaz olacaq:
“Ümumilikdə süni intellekt inkişaf etdikcə iş yerləri təhdid altında qalır. Bu, təkcə nəqliyyat sektoru ilə bağlı deyil, digər sahələrdə də bu problemlər özünü göstərir və göstərməkdədir. İş yerlərinin itirilməsi qaçılmaz olacaq”.
Bununla yanaşı, o hesab edir ki, yeni texnologiyalar yeni peşələrə də ehtiyac yaradacaq.
“Avtonom nəqliyyat vasitələrinə texniki xidmət göstərilməli, onların fəaliyyətinə operator nəzarəti təmin olunmalıdır. Süni intellekt olsa belə, onları tamamilə özbaşına buraxmaq olmaz. Bu sahədə müxtəlif xidmətlərə və yeni peşələrə ehtiyac yaranacaq”.
Elməddin Muradlının sözlərinə görə, bu sistemlərin Azərbaycanda yaxın vaxtlarda tam tətbiqi gözlənilmir:
“Bu sistem hələ indi-indi dünyada tətbiq olunur. Azərbaycanda da onun qısa müddətdə reallaşacağını gözləmirəm. Qanunvericilik bazasının formalaşdırılması o demək deyil ki, bütün problemlər artıq həll olunub. Bunun təkmilləşdirilməsi üçün illər lazımdır”.
Ekspert bildirib ki, bu müddətdə yol infrastrukturu təkmilləşdirilməli, operator xidmətləri yaradılmalı və digər zəruri addımlar atılmalıdır.
“Bu, bu gün qərar qəbul edib sabah həyata keçiriləcək proses deyil. Müəyyən dövr keçməlidir və həmin dövr səmərəli istifadə olunmalıdır. Dünyada artıq sürücüsüz yük maşınları və avtobuslar tətbiq olunur. Gələcəkdə daha böyük sərnişindaşıma vasitələri də bu texnologiyalarla işləyəcək. Dövlətin bu istiqamətdə hazırlığı məncə kifayət qədər yerindədir. Artıq qərarlar qəbul olunub, müəyyən addımlar atılıb. Amma elə addımlar atılmalıdır ki, gələcəkdə bunun ağrısı-acısı olmasın” – deyə, ekspert əlavə edib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












