Azərbaycanda toyların bu qaydada keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların, yasların və kütləvi toplantıların keçirilməsinə icazə verilmir. Pandemiyanın hələ nə zaman bitcəyi məlum olmadığı üçün toyların az sayda insanların iştirakı ilə keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?
Bununla bağlı deputat Müşfiq Cəfərov bildirib ki, bu çox ciddi məsələdir: "Toylar olmaması 5-6 ildən sonra orta məktəbə gedən 1-ci siniflərin az olmasına səbəb ola bilər: "Eyni zamanda 18 ildən sonra hərbi xidmətə gedəcək oğlanların sayının az olmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələni hansısa formada tənzimləmək olar.
Artıq təbii ki, böyük şadlıq saraylarında, restoranlarda 400-500 nəfərlə toy keçirmək mümkün deyil. Bu gün buna icazə verilməsi də mümkün deyil.
Çünki dövlət belə kütləvi tədbirlərin keçirilməsini təxirə salıb.Burada əsas məqsəd vətəndaşlarımızın qorunması və kütləvi yoluxmanın qarşısını almaqdır. Ancaq kiçik formada 200 kvadrat metr ərazidə 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Təbii ki, yaxın təmas olmadan, karantin qaydalarının tələblərinə uyğun olması şərti ilə. Əgər bu gün restoranlarda bir masa arxasında 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmirsə, düşünürəm ki, restoran sahibi və toya edən şəxslər bu formada qaydalara əməl edərsə cərimələnmə təhlükələri də olmaz.
Hesab edirəm ki, bu qaydalara əməl edərək toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Əlbəttə insanlarımızın qaydalara əməl etməsi vacibdir". (sonxeber.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












