Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum olub

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb.
- Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu?
- Vaksinlər təlim kursu keçən tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.
- Vaksinasiya prosesi nece heyata keçiriləcək?
- Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülmüşdür. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölunmüşdür. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəq ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa vətəndaş evə buraxılır.
- Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydası varmı?
- Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.
- Peyvənd otaqlarında saxlanma şəraiti necədir?
- Bir xüsusi məsələdə peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilmişdir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












