Azərbaycanda yeni gəmilər inşa edilir

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strateqiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Avtosfer.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, qurumun Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində yerləşən bazasında yeni inşa olunmuş “Gəmi inşası zavodu”nun xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunmuş, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə olunacaqdır.
Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu “Gəmi inşası zavodu”nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanılıb.Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarı ilə sərhəd sularında dövləti maraqların qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaqdır.
Nurlan
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












