Azərbaycanda yol qəzalarında 74 uşaq ölüb

Cari ilin 9 ayında ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, cari ilin ilk 9 ayında respublika ərazisində 1959 yol qəzası baş verib. Nəticədə 845 nəfər ölüb, 1993 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 198, ölüm sayı 27, yaralı sayı isə 310 fakt azalıb. Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 707 yol qəzası baş verib. Nəticədə 267 nəfər ölüb, 499 nəfər yaralanıb. Cari ilin ilk 9 ayında surət həddini aşma səbəbindən 571 yol qəzası qeydə alınıb. Nəticədə 293 nəfər ölüb, 468 nəfər yaralanıb. Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 74 uşaq ölüb, 175-i isə yaralanıb. Hesabat dövründə paytaxtda 679 yol qəzası qeydə alınıb edib. Bu qəzalarda 237 nəfər ölüb, 667 nəfər isə yaralanıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












