Azərbaycandakı gəmi sahibləri və liman kapitanları təlimatlandırılıb

Sabaha gözlənilən kəskin hava şəraiti ilə bağlı proqnoz Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə daxil olan andan gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.
Bu barədə Agentliyin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Xatırladaq ki, martın 12-dən 13-ü səhərə qədər gün ərzində Xəzər akvatoriyasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.5-3.5 m, sonrakı inkişafda isə 4.5-6.5 m çatacağı proqnazlaşdırılır.
Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə durması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə olunur.
Hava şəraitinə uyğun olaraq, Milli Mərkəzin təcrübəli kapitanları gəmilərin hərəkətinə və limanlara giriş–çıxışına icazə verəcək. Agentliyin gündəlik iş rejimində olduğu kimi, ölkəmizin ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz olaraq əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunmasına nəzarət edir.
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










