Azərbaycandan keçən yolların əhəmiyyəti artıb, riskləri isə yüksəlir - Ekspert

"Azərbaycan ərazisindən müxtəlif nəqliyyat dəhlizləri keçir: Şimal-Cənub nəqliyyat dəhlizi, Şərq-Qərb nəqliyyat dəhlizi və onun bir seqmenti olan Transxəzər nəqliyyat marşrutu, yaxud Orta Dəhliz. Son illərdə bölgədə baş verən vəziyyət fonunda Azərbaycan üzərindən keçən yolların əhəmiyyəti artmaqdadır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev Zəngəzur və Araz dəhlizlərinin Zəngilandan keçməsinin Azərbaycanın nəqliyyat-logistika xəritəsini dəyişə bilməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, Azərbaycandan keçən yollar əhəmiyyətlə yanaşı, riskləri də yüksəldir:

"Azərbaycan bu riskləri nəzərə alaraq marşrutların şaxələndirilməsinə yönəlik qərarlar verib. O şaxələndirmə işlərindən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz fərqli nəqliyyat marşrutları üçün cəlbedici olmaqla, həm Şərq-Qərb, həm Şimal-Cənub, həm də Cənub-Qərb marşrutlarına yeni alternativ yaradır. Gürcüstan istiqaməti isə Qara dəniz limanlarına və Bakı-Tbilisi-Qars dəmir yoluna çıxışı təmin edir. Bu baxımdan Azərbaycanın strateji əhəmiyyəti artır. Marşrutlarda istənilən risk yarandığı təqdirdə sərnişin və yük axınlarını yönləndirmək imkanı yaranır. Eyni zamanda, marşrut boyunca yeni logistika mərkəzlərinin yaranması, Araz çayı boyunca formalaşmış azad iqtisadi zonalar və Ələt azad iqtisadi zonasında rezidentlərin istehsal edəcəyi məhsulların qısa nəqliyyat qolu ilə çatdırılması üçün imkanlar əldə olunur. Bu da Azərbaycanın iqtisadi və nəqliyyat potensialını daha da gücləndirir".
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










