Azərbaycandan Monteneqroya çarter aviareysi açılıb

Bu gündən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə) çarter aviareysi açılıb. Yerli turizm agentliklərindən “Report”a verilən məlumata görə, bu gündən iyulun 23-nə qədər həftədə bir dəfə - cümə axşamə günləri Bakıdan saat 13:45-də reallaşacaq reyslər müxtəlif turpaketlər daxilində satılır. Reyslər iyulun 23-dən avqustun sonuna qədər isə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri təşkil olunacaq.
Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 8 gün gecələmək və qida xidmətləri daxil olmaqla 1 990 manat, 4 ulduzlu hotel üçün - 2 244 manat, 5 ulduzlu hotel üçün isə 4 464 manatdan başlayır.
Qeyd edək ki, aviareyslər "Montenegro Airlines" şirkəti tərəfindən "Embraer-190" təyyarəsi ilə həyata keçirilir. Bu ilin aprel-sentyabr ayları ərzində Monteneqro Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












