"Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək olacaq"

Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub.
Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şəraitin qurulacağını deyən N.Əzməmmədov qeyd edib ki, vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək:
"Qatarlar bir mərtəbəli olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "wi fi" sistemi ilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər. Amma sonra yəqin ki, sərnişinlər mənzil başına daha tez gedib çıxa biləcəklər".
N.Əzməmmədov gediş haqqı qiymətlərinin Türkiyə və Gürcüstanla razılaşdırılacağını qeyd edib.
QSC rəsmisi, həmçinin qeyd edib ki, bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars kəməri ilə artıq yüklərin də daşınmasına başlanılacaq. Onun sözlərinə görə, bu istiqamətdə son tamamlama işləri aparılır: "2015-ci ilin sonları bizim ilk qatarlarımız Türkiyə sərhədinə gedib çıxacaq. Bizim standartlar Avropadakından fərqli olduğu üçün Axalkalakidə arabacıqların dəyişdirilməsi stansiyası tikilir. Həmçinin yeni körpünün inşası da aparılır. İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır".
Qeyd edək ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










