"Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin"

"Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilsin, mülki şəxslərə qarşı hücumlar dayandırılsın". "Report" xəbər verir ki, bunu Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsinin üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında çıxışı zamanı deyib.
O, Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarca dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib:
“Təəssüf ki, gərginlik getdikcə artır, 2020-ci ildə birgə yaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. Bu, pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.
Deputat həmçinin həmkarlarını və Xorvatiya hökumətini Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb.
Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












