Azərbaycanın sifariş etdiyi helikopterlər gələn ilin sonunadək çatdırılacaq

Rusiya Azərbaycanın sifariş verdiyi helikopterlərin çatdırılması prosesini 2015-ci ilin sonunadək tamamlayacaq. Bu barədə APA-ya “Rusiya Helikopterləri” şirkətindən məlumat verilib. Şirkət “Rosoboroneksport” Dövlət Konserni xətti ilə helikopterlərin çatdırılmasını qrafik üzrə həyata keçirir. Bu günədək sifariş verilmiş 24 ədəd Mi-35M tipli döyüş helikopterinin hamısı və paralel olaraq Mi-17 helikopterlərinin bir qismi Azərbaycan tərəfinə təhvil verilib. “Hazırda Mi-17 helikopterlərinin çatdırılması prosesi davam etdirilir. Bu helikopterlər üzrə müqavilə gələn il yekunlaşacaq”, - deyə məlumatda qeyd olunub. Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycan tərəfi iki il əvvəl Ka-52 “Alliqator” döyüş helikopterlərinə marağını ifadə edib. Hazırda bu helikopterlərlə bağlı tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M və 40 ədəd Mi-8, Mi-17 və Mi-17V1 helikopterinin alqı-satqısına dair müqavilə bağlanıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












