Azərbaycanın tanınmış televiziya rejissoru vəfat edib

Azərbaycanın televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.
O, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya gəlib. 190 saylı orta məktəbi bitirib. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Ələsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına Mədəniyyət Sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. 1963-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində, Mehdi Məmmədovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












