“Azərbaycanla avtomobil əlaqəsini bərpa edəcəyik” - Paşinyan

"Fars körfəzi-Qara dəniz marşrutu çərçivəsində iki layihə var - avtomobil və dəmir yolu. "
Avtosfer.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.
“Avtomobil yolunun inkişafı üçün biz Ermənistan-Gürcüstan sərhədini Ermənistan-İran sərhədi ilə birləşdirən Şimal-Cənub yolunun tikintisini həyata keçiririk. Biz iranlı və gürcü həmkarlarımızla bu yolda işin səmərəli təşkili ilə bağlı fəal müzakirələr aparırıq və tamamilə mümkündür ki, burada tam qarşılıqlı anlaşmaya nail olaq. Eyni zamanda, Ermənistan-Azərbaycan yol əlaqəsi üzrə Azərbaycanla razılığa gələ bilsək, bu layihə Şimal-Cənub, Şərq-Qərb marşrutlarına çevrilərək əhəmiyyətli dərəcədə dəyişəcək”, - deyə Ermənistanın baş naziri bildirib.
Nikol Paşinyan vurğulayıb ki, Prezident İlham Əliyevlə Soçi və Brüsseldə keçirdiyi görüşlərdən sonra Azərbaycanla yol əlaqəsinin bərpası ilə bağlı razılığa gəlmək mümkün olub.
“Biz artıq Azərbaycan prezidenti ilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılığa gəlmişik. Söhbət Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasından gedir, ümid edirik ki, bu işləri yaxın 2-3 ildə başa çatdıracağıq”, - Paşinyan bildirib.
Məlumatı Ermənistan Baş naziri Aparatının mətbuat xidməti yayıb.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










