Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir

"Gələn ay Rusiyanın paytaxtı Moskvadan MDB ölkələrinin şəhərlərinə uçuşlar bərpa oluna bilər".
Artıq bununla bağlı mexanizmlər müzakirə edilir.
İlk öncə Moskva ilə Belarusun paytaxtı Minsk arasında hava əlaqəsi bərpa ediləcək. Növbəti mərhələdə isə Rusiya paytaxtından Qazaxıstanın Nur-Sultan şəhərinə, Özbəkistanın paytaxtı Daşkəndə, eləcə də Bakıya uçuşlar yerinə yetiriləcək.
Qeyd edək ki, sentyabrın 17-də Rusiya Federal Hava Nəqliyyat Agentliyi uçuşlarının bərpası ilə bağlı iclas keçirəcək. İclasda müxtəlif şirkətlərin uçuşların bərpası ilə bağlı tələbləri müzakirə ediləcək. Artıq “AzurAir” şirkəti Rusiyanın bir sıra şəhərlərinə, eləcə də Böyük Britaniyanın paytaxtı Londona, Misirin paytaxtı Qahirəyə, “Nordwind” şirkəti Türkiyənin İstanbul şəhərinə, “Red Wings” və “Azimut” şirkətləri Bakıya, “Nortstar” “Utair”, “Ruslayn” şirkətləri isə Minskə uçuşların bərpası ilə bağlı tələb irəli sürüb.
Xatırladaq ki, Rusiya koronavirus pandemiyasına görə martın 27-də bütün istiqamətlərdə, o cümlədən Azərbaycana uçuşlara qadağa qoyub. Hazırda iki ölkə arasında ayda 3-4 dəfə çarter reysləri həyata keçirilir. (“Report”)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












