Azərbaycanlı alimin "Post-COVID-19" təqdimatı dünyada bir ilk olub

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev COVID-19-la bağlı apardığı elmi tədqiqatlarla yanaşı xəstəliyin yeni növ ağırlaşmasından bəhs edən klinik-radioloji təqdimat hazırlayıb.
APA-nın məlumatına görə, dünya tibb elmində ilk dəfə olaraq yeni növ ağırlaşmadan və onun fərqli müalicəsindən bəhs edən təqdimat artıq Almaniyanın ən çox oxunaqlı elmi dərgilərindən olan Almaniya Nevrologiya Cəmiyyətinin rəsmi jurnalında dərc olunub.
Bununla da material elmi ictimaiyyətə təqdim edilib.
Müəlliflərin klinik-radioloji təqdimatında COVID-19 xəstəliyinin bu günə qədər elmi ədəbiyyata daxil edilməyən ciddi ağırlaşmasından bəhs olunur. Qeyd olunan ağırlaşma da zamanında doğru diaqnoz və müalicə ilə tamamən aradan qalxıb.
Elmi ədəbiyyatda ilk dəfə COVID-19-un bu şəkildə ciddi ağırlaşmasından - MERS (encephalitis/encephalopathy with a reversible splenial lesion) və myelitin birlikdə təzahür etməsindən bəhs edən kliniki təqdimatda dünyanın nüfuzlu alman alimləri ilə eyni sırada azərbaycanlı alimin də olması Azərbaycan tibb tarixində növbəti bir ilkdir.
Kliniki təqdimatla buradan tanış olmaq olar:
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7957276/#!po=19.4444
Qeyd edək ki, N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












