Azərbaycanlı deputat 2 rus əsgərini əsir götürdü - ANBAAN ŞOK VİDEO

"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib". Avtosfer.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.

Xəyyam Həqiqətoğlu deyib ki, Kamran Həsənov bu şücayəti Ukraynada böyük rəğbətlə qarşılanıb: Kamran Həsənov ağsaqqalımızdır. Azərbaycanın Şəmkir rayonunun Şiştəpə kəndində doğulub boya-başa çatıb. O, həm həmyerliləri arasında, həm də yerli əhali arasında hörmət və nüfuza malikdir. Nikkolayev rayonunda yaşayan azərbaycanlılar onu insanlara qarşı mehriban münasibətinə, hər zaman ilk yardım çağırışına gəlməyə hazır olduğuna görə sevilirlər.
O müharibənim ilk günündə bir vətəndaş və vətənpərvər kimi orduya kömək etdi, könüllü oldu, şəxsi silahını götürdü, yerli özünümüdafiə təşkil etdi və digər işlərlə yanaşı, hərbi xidmətə çağırışa kömək etdi. Onun qəhrəmanlığı Ukraynada böyük rəğbətlə qarşılandı.
Həmin videonu təqdim edirik:
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












