Azərbaycanlı kişi maşınla arvadının üstündən keçib – ŞOK CİNAYƏT

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qaraçöp (Saqareco) bölgəsinin Tüllər kəndində cinayət hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, şənbə günü Tüllər kənd sakini Elimxan Yadigarov həyat yoldaşı Məleykə Yadigarovaya silahdan atəş açıb. Güllə qadına dəyməyib. Bu zaman E.Yadigarov maşını ilə həyat yoldaşının üstündən keçib və nəticədə M.Yadigarova dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən E.Yadigarov saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb. Onun avtomobili araşdırma aparmaq üçün götürülüb.
Məlumata görə, 41 yaşlı Elimxan Yadigarovun Məleykə Yadigarova ilə nikahından övladları var və oğlu evlidir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












