Azərbaycanlı müğənni 210-la "avtoşluq" etdi - VİDEO

Sosial şəbəkələrdə və mətbuatda sükan arxasına keçəndən sonra hər şeyi unudub sürət həddini aşan məmur və oliqarx balaları haqda dəfələrlə məlumatlar görmüşük. Onlar maşını yüksək sürətlə idarə edir, yollarda “avtoş”luq edir, digər insanların həyatına təhlükə yaradırlar. Bu hərəkətlərini də əks etdirən görüntüləri lentə alıb sosial şəbəkələrdə paylaşırlar. Avtosfer.az virtualaz.org saytına istinadən xəbər verir ki, daha bir belə video yayılıb. Sürət həddini aşan, “avtoş”luq edən bu dəfə məmur və ya oliqarx balası deyil, qazancı toyxanalardan çıxan müğənnilərdən biridir. Sosial şəbəkələrdə müğənni Kərim Abbasovun avtomobilini yüksək sürətlə idarə etməsini əks etdirən görüntü yayılıb. Müğənni avtomobilini saatda 210 km/saat sürətlə idarə edir. Hələ bu da azmış kimi müğənni deyir: “Ulduz oldun belədir. 200-lə getmək lazımdır”.
Müğənni “ulduz” olduğu üçün saatda 200-lə gedir. Amma bilmir ki, bu sürət həddini aşmaq qəti şəkildə qadağandır. Bu sürət ya bu “ulduz”un özünü, ya da həmin yolda hərəkət edən digər şəxslərin “ulduzunu söndürə” bilər...
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












