Azərbaycanlı və özbəklər inkassatora hücum edib 145 min dollar apardılar

Rusiya paytaxtında inkassator avtomobilinə basqın edərək 5 milyon rus rublu (145 min ABŞ dolları) aparan və tərkibində Azərbaycan vətəndaşlarının da olduğu dəstə yaxalanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mayın 22-də paytaxtın "Sadovod" bazarında 4 nəfər miqrant inkassatora hücum edib, sürücü və təhlükəsizlik xidmətinin əməkdaşını yaralayaraq maşındakı 5 milyon rublu oğurlayıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər yaxalanıb. Əməliyyatçılara məlum olub ki, onlar əldə etdikləri pulu döyüşlərin getdiyi Şimali Qafqaz federal dairəsi ərazisində silahlı qrupların formalaşdırılmasına yardım məqsədilə göndəriblər.
Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərin 33-40 yaşlarında olan Azərbaycan və Özbəkistan vətəndaşları olduqları bildirilib. Onların üzərindən odlu silah aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












