Azərbaycanlılar Rusiyaya necə gedə bilərlər, hansı alternativ marşrutlar var?

Martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırılır. Bu həm Rusiya, həm də Azərbaycan aviaşirkətlərinə aiddir. Əlbəttə, bu hadisə bir çox sərnişinlərin planlarına ciddi təsir etdi.
Hazırda pandemiya-karantin qaydalarına görə Azərbaycan və Rusiya arasında quru sərhədi bağlıdır, yəni nə qatar, nə avtobus, nə də şəxsi avtomobillə Azərbaycan vətəndaşları Rusiya Federasiyasına keçə bilməzlər.
Birbaşa hava əlaqəsi də bağlandığı üçün, qalır üçüncü ölkə üzərindən uçuş etmək. Sizə Azərbaycandan Rusiyaya və Rusiyadan Azərbaycana gəlmək üçün alternativ yolları təqdim edirik.
Azərbaycan vətəndaşlarının Rusiya şəhərlərinə ən qısa məsafəli səfəri İstanbul üzərindən Türk Hava Yolları və Pegasus, Minsk üzərindən isə Belavia ilə mümkündür.
Misal üçün, Bakı-İstanbul-Moskva səfərinə minimum 9 saat sərf edəcəksiniz. Qiymət isə yaxın tarixlərə bir tərəf üçün 300 avrodan başlayır. Moskva-İstanbul-Bakı səfərinə isə ən azı 8 saat və 1200 avro lazımdır. Ən yaxın tarixlərə isə bilet qiyməti 2000 avronu aşır Bu normal qiymərlərdən hardasa 10-12 dəfə çoxdur, çünki Bakıdan Moskvaya birbaşa uçuşun qiyməti təxmini 100-200 avro olur.


Belavia ilə isə Bakı-Minsk-Moskva reysinə 6 saat sərf edəcəksiniz. Yaxın tarixlərə qiymət 463$-dan başlayır. Moskva-Minsk-Bakı reysi isə 17 saata başa gəlir, çünki Minskdə tranzit müddəti çoxdur. Amma qiymət THY-sən daha ucuz, 424 dollardır.
Moskvaya daha uzun səfərləri, FlyDubai ilə Dubay üzərindən, Air Arabia ilə Şarja üzərindən, Air Astana ilə Almatı və Nur-Sultan şəhərləri üzərindən, Özbəkistan Hava Yolları ilə isə Daşkənd üzərindən etmək olar.
Eyni qayda ilə Rusiyadan Azərbaycana da gəlmək olar.

Rusiya Federasiyasının vətəndaşları isə Azərbaycan-Rusiya quru sərhədindən Rusiya ərazisinə heç bir problem olmadan keçə bilərlər. Onların PCR test verməyinə də gərək yoxdur. Sərhədə ən yaxın olan aeroport Mahaçqala şəhərindədir. Oradan isə Rusiyanın müxtəlif istiqamətlərinə uçuşlar olur.
Daha bir ehtimal odur ki, Rusiya qeydiyyatında olan təyyarələrin uçuşuna icazə veriləcək, misal üçün Rusiya istehsalı olan Superjet təyyarələri Azərbaycana uça biləcək. Bunu isə yaxın günlərdə biləcəyik.
aviatravel.az
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










