Azərbaycanlılar və avtomaydançılar arasında kütləvi dava – VİDEO

Fevral ayının 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan diasporası və avtomaydançıların fəalları arasında münaqişə baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az Ukrayna KİV-nə istinadən məlumat verir ki, hər şey “Avtomaydan”ın Odessa lideri Yevgeni Rezvuşkinin cipinin təkərlərinin azərbaycanlılar tərəfindən deşilməsindən sonra başlayıb. Xəbər verildiyi kimi Rezvuşkin və onun avtomaydanı Odessa prokurorunun sifarişlərini yerinə yetirərək, yerli prokurora işləyirlər. Məhz bu fəaliyyət qarşıdurmaya səbəb olub. Əslində söhbət adi bandit qarşıdurmasından gedir: onlarla maskalı və hərbi formada “Avtomaydan” fəalı Azərbaycan diasporasının nümayəndələri ilə dalaşıblar. Hadisə yerinə gələn xüsusi təyinatlı milis dəstələri kütləvi davanın qarşısını alıb. Onlar operativ şəkildə Slobodkaya gələrək münaqişə iştirakçılarını ayırıblar. Qarşıdurma nəticəsində bir neçə avtomobilə ziyan dəyib, eləcə də Odessa Avtomaydanının nümayəndəsinin üzü zədələnib. “Onlar münasibəti aydınlaşdırmaq üçün yığışmışdılar. Vətəndaşların məlumatına görə, ora milis göndərilib, xüsusi əməliyyat nəticəsində davanı dayandırmaq mümkün olub. Heç kim saxlanılmayıb. İki maşının təkəri deşilib”, - vilayət üzrə Dİİ-nin mətbuat xidmətinin rəhbəri Vladimir Şablienko Vgorode.ua-ya bildirib. Versiyalardan birinə görə tərəflər arasında münaqişə uzun müddətdir ki, davam edir. KİV-in məlumatına əsasən, dava “Nimfa” mühafizə firması və bələdiyyənin ticarət idarəsi ilə münaqişədə olan sahibkara hücum ilə əlaqədar olub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












