“AzerGold” və Ali məktəb razılaşdı

Martın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədinin imzalanma mərasimi keçirilib.
Videobağlantı formatında keçirilən tədbirdə sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar. Sənədə əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Həmçinin ali məktəbin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin istehsalat təcrübəsinə, elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi sənəddə öz əksini tapıb.
Qeyd edək ki, “AzerGold” QSC davamlı və dayanıqlı inkişafı təmin etmək üçün peşəkar kadr bazasının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bugünə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlığa dair sənəd imzalanıb. Həmçinin ötən il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə imzalanmış memoranduma əsasən, peşə təhsili sahəsində əməkdaşlığa başlanılıb.
Bundan başqa, ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












