“Azəriqaz” bayram münasibətilə sosial aksiya keçirib - VİDEO

Qurban bayramı münasibətilə “Azəriqaz” İstehsalat Birliyi sosial aksiya keçirib.
Avtosfer.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Birliyə qaz çəkilişləri və qaz təsərrüfatına dair müəyyən problemlərinin həlli ilə bağlı üz tutan vətəndaşların müraciətləri təmin olunub.
Bir neçə şəhər və rayonda bu müraciətlər məhz Qurban bayramı ərəfəsində icra edilib. Mingəçevir şəhərində yaşayan Qarabağ qazisi Tahir Hüseynovun fərdi yaşayış evinə qaz çəkilişi də bu sosial aksiyanın tərkib hissəsi olub. Bundan başqa iyulun 24-də onlayn vətəndaş qəbulu zamanı fərdi yaşayış evinə qaz çəkilişi üçün müraciət edən Oğuz rayonu sakini Abulfət Daşdəmirov və qapı keçidi üçün qaz xəttinin yerini dəyişdirmək istəyən Zivər Osmanovanın bütün işləri Birliyin hesabına görülüb.
Eyni zamanda Quba rayonundan “Azəriqaz” İB-yə müraciət edən 2-ci qrup əlil Şahin Əhmədovun fərdi yaşayış evinə də qaz çəkilişi başa çatdırılıb.
Görülən işlərdən bəhrələnən vətəndaşlar diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər. Onlar yerlərdə sakinlərin mərhələli şəkildə aparılan qazlaşma işlərindən məmnun olduqlarını dilə gətiriblər.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










