"Azəriqaz" "Facebook"da ən aktiv dövlət qurumu oldu - VİDEO

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları haqqında paylaşım edib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumata görə, O.Gündüz bildirib ki, son zamanlar dövlət qurumları sosial mediada xeyli aktivləşib: “Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, videoqəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər".
Daha sonra O.Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. "Azəriqaz" birinci yerdə qərarlaşıb.
1. “Azəriqaz” İstehsalat Birliyi;
2. Baş Prokurorluq;
3. Təhsil Nazirliyi;
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
5. Dövlət Miqrasiya Xidməti.
“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu il yanvarın 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir. Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı, hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır. Proses zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.
R.Əliyev sosial şəbəkədə təşkil olunan canlı yayımlar barədə İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












