“Azərpoçt” yeni poçt markaları buraxıb - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb.
Avtosfer.az bu barədə nazirliyə istinadən xəbər verir.
Xatırladaq ki, Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Azərpoçt” bu fəaliyyətə töhfə vermək üçün bir sıra tədbir və layihələr həyata keçirir. Bunlardan biri bir neçə nominalda “Yaşıl dünya naminə həmrəylik ili” mövzulu standart poçt markaları və markalı zərflərin dövriyyəyə buraxılmasıdır. Marka üzərində alternativ enerji və təkrar emal elementləri əks olunub, marka özü isə flora aləminin rəng simvolu olan yaşıl rəngdə hazırlanıb.
Poçtun istifadəsində olacaq bu markalar, eləcə də zərflər daxili və xarici göndərişlərin istifadəsi üçün nəzərdə tutulub. İl ərzində bu kimi layihələrin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO











