«Azəryolservis» aciz qaldı: yolun təmiri dayandırılıb

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev iyunun 17-dən Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlandığını, lakin təmirin yarımçıq dayandırıldığını bildirib: “Həmin hissədə müəyyən işlər həyata keçirilib. Digər işlərin isə 10 gün müddətində yekunlaşdırılması və yolun yenidən istifadəyə verilməsi gözlənilirdi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb. Ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib. Ona görə də həmin ərazidə işlərin nə zaman bitəcəyi və yolun nə vaxt tam açılacağı məlum deyil. Bu səbəbdən yol elə beləcə, bərbad vəziyyətdə qalacaq".
P.Mürsəliyev sürücülərə edilən çoxsaylı xəbərdarlıqların heç bir fayda vermədiyini də qeyd edib: “Maşınları park edirlər, sonda edilən bütün xəbərdarlıqlara baxmayaraq, onları ərazidən götürmürlər. Bəziləri deyirlər ki, həyətimizdə maşın saxlamağa yer olmadığından burada saxlayırıq. Bəs maşını almamışdan əvvəl fikirləşmirlər ki, onu harada saxlayacaqlar? Ticarət obyektlərinin, ofislərin qarşısında isə vəziyyət daha acınacaqlıdır. Burada avtomobillər yolu tam kəsirlər. Ona görə də artıq bu vəziyyətdə işləmək mümkün deyil”.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












