"Azneft" dairəsinə maşınlar buraxılmayacaq

Bu gün saat 22:00-dan etibarən Bakının “Azneft” dairəsindən Dövlət Bayrağı Meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması qeyd olunan avtomobil yolunun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədardır. P.Mürsəliyev əlavə edib ki, sabah saat 9:00-da Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Eyni səbəbdən sabah saat 22:00-da Bibiheybət qəsəbəsindən Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












