«Azneft» meydanında yolu qazmağa başladılar - VİDEO

Bakıdakı yeraltı piyada keçidlərdən biri bərbad vəziyyətə düşüb. ANS-in məlumatına görə, "Azneft" dairəsindəki yeraltı piyada keçidində aparılan qazıntı işləri gediş-gəlişi də çətinləşdirib. Keçiddən istifadə etmək çətinləşib, çünki, aparılan qazıntı işləri nəticəsində üzə çıxan torpaq qalıqları, vətəndaşların qediş-gəlişinə maneə yaradır.
Məsələ ilə bağlı ərazidə xidmət aparan nəzarətçidən öyrəndik ki, qazıntı artıq bir neçə gündür ki, davam edir. İşlər tam başa çatmadığı üçün qazılan yerlərin üstü örtülməyib. Biz də bunu aydınlaşdırmaq üçün “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin qazıntı nasosxanadan keçən xətdə tutulmaların baş verməsilə bağlıdır. “Qurunt sularının kənarlaşdırılması üçün çəkilən borularda tutulmalar yaranıb. Artıq tutulan boru aşakar edilib. Yaxın günlərdə bu poroblem tezliklə həll olunacaq” – deyə qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Qurum rəsmisi, eyni zamanda yeraltı piyada keçidlərində fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan qurğuların işləməməsilə bağlı edilən şikayətlərə də aydınlıq gətirdi. O bildirdi ki, artıq əraziyə baxış keçirilib. Bəzi mexanizimlərdə nasazlıqlar aşkar edilib. Bunun aradan qaldırılması üçün lazımı detallar sifariş verilib. Onlar gətirilən kimi qurğular işlək vəziyyətə gətiriləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












