“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA

Sosial şəbəkələrdə “AzParking” əməkdaşlarının mülki geyimdə sürücülərə cərimə yazması ilə bağlı görüntülər yayılıb. Görüntülərdə “AzParking” işçisinin mülki geyimdə sürücülərə cərimə yazdığı iddia olunub.
Yayılımış görüntülərlə əlaqədar, “AzParking” MMC-dən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, yayılan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Şirkətdən verilən açıqlamada qeyd olunub ki, “AzParking”-in parklanma xidməti üzrə bütün əməkdaşları yalnız xüsusi təsdiq olunmuş iş geyimində fəaliyyət göstərir:
“Mülki geyimdə hər hansı şəxsin parklanma üzrə monitorinq etmək səlahiyyəti yoxdur. Sosial şəbəkələrdə yayılan videoda əks olunan şəxsin “AzParking” ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar olaraq, media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamağa çağırırıq. Bu kimi halların ictimaiyyət arasında çaşqınlıq yaratdığını və qurumun nüfuzuna xələl gətirdiyini nəzərinizə çatdıraraq bildiririk ki, yanlış məlumatların yayılması ilə bağlı hüquqi tədbirlər tərəfimizdən görüləcəkdir.
Vətəndaşlardan xahiş edirik ki, hər hansı şübhəli halla qarşılaşdıqda rəsmi kanallar vasitəsilə “AzParking” ilə əlaqə saxlasınlar”.
Səfər
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












